"Keşlə"nin Türkiyə planı açıqlandı

Yeni mövsümün hazırlığına Bakıda başlayan "Keşlə" Türkiyəyə yollanacaq.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, iyulun 27-dən avqustun 5-dək davam edəcək təlim-məşq toplanışı Bolu vilayətinin Gerede şəhərində keçiriləcək. Qəsəbədə yerləşən “The Sign Esentepe Hotel & Ski Center” otelində məskunlaşacaq komanda toplanış çərçivəsində 3 yoxlama matçı keçirməyi planlaşdırır.

Paytaxt təmsilçisi iyulun 31-də Türkiyənin 1 liqa təmsilçisi "Osmanlıspor" klubu ilə qarşılaşacaq. Oyun “Bolu Koru Hotels Spa & Convention” otelinin stadionunda baş tutacaq.

Növbəti oyunların avqustun 2-də və 4-də keçirilməsi gözlənilir. Rəqiblər barədə və oyunların başlanma saatları haqqında əlavə məlumat veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right