"Sumqayıt" Rumıniya klubu ilə heç-heçə etdi

Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün qardaş ölkədə ilk yoxlama oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, "gənclik şəhəri" təmsilçisi Rumıniyanın "Petrolul" klubu ilə qarşılaşıb. Ploieşti təmsilçisi ilə görüş Qızılcahamam mərkəzi stadionunda keçirilib. Oyun 2:2 hesabı ilə yekunlaşıb. "Sumqayıt"ın qollarını Şəhriyar Əliyev, (16) və  Rüfət Abdullazadə  (38) vurub.

Qeyd edək ki, "Sumqayıt" Türkiyədə ümumlikdə 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda "Petrolul"la yanaşı, iyulun 24-də Türkmənistanın "Ahal", 29-da Türkiyə Super Liqa təmsilçisi "Gənclərbirliyi", avqustun 1-də isə 1-ci Liqa təmsilçisi "Akhisarspor" ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right