"Sumqayıt"ın Türkiyədə ilk sınağı

Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün qardaş ölkədə ilk yoxlama oyununu keçirəcək.

Newsport.az-ın məlumatına görə, "gənclik şəhəri" təmsilçisi Rumıniyanın "Petrolul" klubu ilə qarşılaşacaq. Ploieşti təmsilçisi ilə görüş Qızılcahamam mərkəzi stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

Qeyd edək ki, "Sumqayıt" Türkiyədə ümumlikdə 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda "Petrolul"la yanaşı, iyulun 24-də Türkmənistanın "Ahal", 29-da Türkiyə Super Liqa təmsilçisi "Gənclərbirliyi", avqustun 1-də isə 1-ci Liqa təmsilçisi "Akhisarspor" ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right