"Sumqayıt" Super Liqa klubu ilə qarşılaşacaq

2019/2020 mövsümü üçün hazırlıqlarını Ankaranın Kızılcahamam bölgəsində davam etdirən “Sumqayıt” təlim-məşq toplanışı ərzində 4 yoxlama oyunu keçirəcək.

Newsport.az-ın məlumatına görə, komanda iyulun 21-də Rumıniyanın “Petrolul Ploieşti”, 24-də Türkmənistanın “Ahal”, 29-da Türkiyə Super Liqa təmsilçisi “Gençlerbirliği”, avqustun 1-də isə 1-ci Liqa təmsilçisi “Akhisarspor” ilə qarşılaşacaq.

Qarşılaşmaların keçiriləcəyi yer və başlama saatları barədə ətraflı məlumat veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right