Emin Mahmudov: "18 yaşımda Azərbaycanın təklifindən imtina etdirdilər"

Azərbaycan millisinin üzvü, “Neftçi”nin kapitanı Emin Mahmudov Sport24.ru-ya müsahibə verib.
 
Newsport.az 27 yaşlı yarımmüdafiəçinin müsahibəsini təqdim edir:
 
- “Neftçi” “Arsenal”la oyundan öncə “Sperantsa”nı “parçaladı”. Çox güclü idiniz?
- 9:0 hesablı qələbə qanunauyğundur. İlk oyunda standart vəziyyətlərdən qol vurduqsa, cavab matçında rəqibi hər şeydə üstələdik. Şanslarımızın bir hissəsindən istifadə etdik və layiqli şəkildə mərhələni keçdik.
 
- Rusiya klubu ilə qarşılaşacağınız üçün sevindiniz?
- Əlbəttə! Mən Rusiyada yaşayıram. Ailəmin Moskvanın ətrafında evi var. Nə vaxt imkan düşsə, onlara getməyə çalışıram. Yaxşı ki, “Arsenal”la düşdük. Mən Premyer Liqada oynayanda belə komanda yox idi. Ancaq çox futbolçu ilə tanışam. Kombarov və Qorbatenkoyla “Spartak”da, Lutsenkoyla isə “Mordoviya”da birgə çıxış etmişəm. Stadionda görüşüb, söhbət edəcəyik. “Arsenal”ın yalnız “Otkırıtıye”dəki oyununu izləmişəm. Bilirəm ki, ikinci dövrədə güclü çıxış etdilər. Ancaq biz də yaşı komandayıq, çalışacağıq ki, mərhələni keçək.
 
 
- “Neftçi” necə komandadır?
- Azərbaycanın ən titullu komandasıdır. Son altı ildə, əlbəttə, “Qarabağ” dominantlıq edir. Ancaq ötən mövsüm çempionluğa çox yaxın idik. “Neftçi” burada Rusiyada “Spartak” kimi “milli” komanda sayılır. Belə görünür ki, mən milli komandalara gedirəm (gülür).
 
- Ancaq “Neftçi” daha çox “Zenit”ə oxşayır. Emblemində neft buruğu var. Adından isə hər şey məlumdur.
- “Neftçi” əvvələr “Neftyanik” adlandırılıb. Ad tarixidir. Bakı həmişə neft şəhəri sayılır. Bəli, sponsorumuz dövlət şirkəti olan SOCAR-dır. Ancaq inanın mənə, bu, “Zenit”dəki “Gazprom”la eyni deyil.
 
- Ötən mövsüm “Arsenal” Rusiya Premyer Liqasında 6-cı oldu. “Neftçi” neçənci yeri tuta bilər?
- “Neftçi” və “Qarabağ”ın səviyyəsi Premyer Liqanın ikinci səkkizliyidir. Bəxtləri gətirsə, bəlkə də, ilk səkkizliyin sonlarında qərarlaşa bilərlər. Ancaq güclü futbolçularımız var. Məsələn, qapıçımız Səlahət Ağayev ötən mövsümü çox yaxşı keçirdi. Hazırda ölkənin ən yaxşı qolkiperidir. İrəli xəttdə yaxşı hücum futbolçularımız var. Yeni transferimiz Stiven-Jozef Monroz və indi zədəli olan ən yaxşı hücumçu Baqali Dabonu qeyd edə bilərəm. Hər ikisi də Fransadandır.
 
- Baş məşqçiniz də italiyalıdır.
- Bəli, futbolçu kimi “Napoli”də 100-dən çox oyun keçirib. Bizdən öncə “Şerif”i çalışdırıb. İki il öncə Avropa Liqasının qrup mərhələsində “Lokomotiv”lə mübarizə aparıb. İtalyanlar müdafiə futbolunu sevsə də, Bordin bizə hücum futbolu aşılayır. Əlbəttə, taktikanı da sevir. Yəqin ki, hücum baxımından ən güclü baş məşqçim Bordindir.
 
- “Neftçi”də 12 qol vurmusan. Daha öncə isə karyeranda cəmi 3 qol vurmuşdun. Səbəb nədir?
- Rusiyada dayaq yarımmüdafiəçisi kimi oynamışam. “Spartak”da nadir hallarda meydanın mərkəzini keçirdim. Mənim üçün çətin idi. “Neftçi”də yeni baş məşqçi gələnə qədər dayaq yarımmüdafiənin adyaq zonasında başladım. Bordin sxemi dəyişdi, məni hücum xəttinə yaxınlaşdırdı. Özüm də qol vurmağı sevirəm.
 
- Bordin sizi kapitan təyin edib. Baxmayaraq ki, bir ildir “Neftçi”dəsiniz.
- Çoxlu oyunçu dəyişikliyi oldu. Burada mənə hörmət bəsləyirlər. Hər kəslə yaxşı münasibətim var. Bu səbəbdən də baş məşqçi məni kapitan təyin elədir.
 
- “Neftçi”nin oyunlarına nə qədər azarkeş gəlir?
- Təəssüf ki, Rusiyadakı kimi deyil. 15 minlik stadionumuz var. Çempionat oyunlarına 3-4 min adam gəlir. Əminəm ki, “Arsenal”la oyunda qat-qat çox olacaq.
 
- Peşəkar karyeranıza “Saturn”da başlamısınız. Xatirələriniz necədir?
- Rusiya çempionatı möhtəşəm idi. “Mordoviya”, “Moskva”, “Saturn” kimi klublar dağıldı. Bu komandalara rəğbət var idi. “Saturn”un akademiyası güclü idi. O zaman üçün ən müasir tələblərə cavab verən stadionumuz var idi. Ancaq bir anda hər şeyi alıb, məhv elədirlər. Dağıtmaq yaratmaqdan daha asandır. “Saturn” barədə ən yaxşı xatirələrə sahibəm. Bu klub mənə çox şey verdi: uşaq futbolundan Premyer Liqaya kimi. Məşqçilərimiz Rusiya futbolunun əfsanələri idi. Özümü çox yaxşı hiss edirdim. Hər kəs mənə yardım edirdi. Məşqçilərlə hətta zarafatım da var idi. Yevseyevlə belə zarafatlaşırdıq. O, çox yaxşı insandır. “Saturn”dan ayrılandan sonra münasibətimiz qalıb.
 
- “Saturn” dağılandan sonra çoxlu təklifin olsa da, “Spartak”ı seçdin.
- Çox təklif oldu. Azad agent olan gənc oğlan idim. “Dinamo”dan da təklif almışdım. Ancaq Karpinlə danışandan sonra “Spartak”a getmək məcburiyyətində olduğumu anladım. Bu şansı qaçırmaq istəmirdim. Uşaqlıdan “Spartak”da oynamaq üçün çalışmışdım. “Lokomotiv”də oynayan Dmitri Loskov isə ən sevdiyim futbolçu idi. 
 
- “Spartak”da çox oynamayacağınızı nə vaxt anladınız?
- “Volqa” ilə oyunun 66-cı dəqiqəsində Valeri Karpin məni oyundan çıxardı. İkinci hissədə oyuna daxil olmuşdun və belə əvəzlənmə mənəvi cəhətdən çox çətindir. Baş məşqçi artıq mənə diqqət ayırmırdı. Sonradan ayrılıq vaxtının yetişdiyini anladım və “Tom”a icarəyə getdim. “Tom”da isə zamanı boşa verdim. Ora getməklə yanıldım, futbol oynamırdıq ki, topu ancaq qabağa vururdular. Baş məşqçi ilə münasibətlərimə görə, “Tom”dan ayrıldım, “Krılya Sovetov”a üz tutdum.
 
(РИА Новости)
 
- “Spartak”da Unai Emeriylə çalışmaq şansın olmadı?
- İcarədən geri dönəndə hər şeyin itirilmədiyini düşündüm. Ayrılmağı fikirləşirdim, ancaq yarım il qalmağa qərar verdim. Emeri uğur qazanmaq istəyirdi, ancaq emosional şəkildə hər şeyə təpki göstərirdi. Məncə, Emeri işə yaramadı, çünki Avropa futbolun uyğun məşqçidir. Portuqaliyada “Boavişta”da oynadım, indi isə “Neftçi”də italiyalı baş məşqçiylə çalışıram. Bütün avroplalılar daha əvvəl futbolçunun peşəkarlağını tələb edir.
 
- “Boavişta”ya necə gedib çıxdınız?
- Yüksək səviyyəli çempionat olduğunu söyləməyəcəm. Premyer Liqada istəinlən futbolçu orada asanlıqla oynaya bilər. Portuqaliyada maaşlar çox aşağıdır, ona görə ora gedən yoxdur. Üç ən yaxşı komanda var: “Sportinq”, “Benfika”, “Portu”. Öncə Belçikaya getmək istədim. Daha sonra “Boavişta” variantı ortaya çıxdı. İspaniya kimi futbol ölksəinə getdiyi düşündüm. Aydın oldu ki, İspaniya futboluna yaxın deyil. Mübarizə var, tez-tez topu almaq üçün ayaqlarınızın altına sürüşürlər. Topla çox az oynayırsan. Mənə dedilər ki, baş məşqçi səni istəyir. Heç kim olduğumu bilmirdi. Söz vermişdilər, ancaq başqa şeylər oldu. Moskvaya qayıdanda portuqalca lüğət almışdım. Qısa müddətə yerli insanlarla danışırdım. Baş məşqçi Ervin Sançes istefa verəndən sonra komanda yeni çalışdırıcı ilə qorxunc futbol oynamağa başladı. Heç vaxt o sistemdə oynaya bilməzdim. Yeni çalışdırıcı “Nasional”a qarşı oyunda məni meydana buraxdı, qol da vurdum. Daha sonra şans vermədi. Niyə? Çünki onun “qərarı”.
 
- Sizdən başqa daha bir azərbaycanlı da “Boavişta”da idi.
- Bəli, Kamran Ağayev. Qapıçı axtarırdılar. Kamranın təcrübəsi çoxdur, Azərbaycan millisində 80-dən çox oyun keçirib. Rəhbərliyə necə qapıçı olduğunu dedim və müqavilə imzalandı.
 
- Portu şəhərində yaşayış necə idi?
- İnsanlar çox isti münasibət gösətirdi, hamı gülümsəyirdi. Moskva ilə müqayisədə daha çox tıxac olurdu. Hər kəs rahat idi, həyatın dadını çıxarırdılar. Portuqaliyaya aşiq oldum, bütün ailəm Portunu sevdi. Orada oğlumla gəzəndə hər kəs ona gülümsədi, onunla oynadı və danışdı. Moskvada bir dəfə başqasının uşağına göz vurmağa qərar verdim. Anası isə mənə belə dedi: “Get burdan!”
 
- Portuqaliyaya gedən kimi vətəndaşlığınızı da dəyişib, Azərbaycan yığmasını seçdiniz.
- Hər şeydən öncə klub karyeramı düşünürdüm. Legioner kimi Premyer Liqada oynamağım demək olar, imkansız idi. Rusiyadan ayrılandan sonra millidə oynamaq zamanının gəldiyini anladım. Azərbaycandan dəfələrlə əlaqə saxlayırdılar. 18 yaşımda “Spartak”a yeni keçəndə mənim üçün gəldilər, ancaq Azərbaycanın təklifindən imtina etdirdilər.
 
- Rusiyada limit 8+17 olacaq.
- Məncə, bu da çətin olacaq. Hətta daha çətin. Eyni problemlər yenə davam edəcək. Premyer Liqanın səviyyəsi hələ də düşə bilər.
 
- Ramil Şeydayev də vətəndaşlığını dəyişib, Azərbaycan yığmasını seçdi. İndi Rusiya Premyer Liqasındadır. Bu seçimdən sonra siz nə düşünürsünüz??
- İndi bütün düşüncələrim “Neftçi”dədir. Hər hansısa təklif olsa, düşünərəm. Ancaq indi danışılacaq nəsə yoxdur. Son illərdə Rusiyadan bəzi təkliflər var, ancaq burada oynamaq da yaxşıdır. Azərbaycan futbolunun lideri üçün çıxış edirəm, Avropa kuboklarında mübarizə aparıram.
 
- AÇ-2020-nin qrup mərhələsində Azərbaycanın rəqibləri güclüdür. Xorvatiyanı oyununuzla təəccübləndirdiniz?
- Püşk atılan kimi qrupun çətin olduğunu anladıq. Xorvatlar təəcüblənmədi, qoldan sonra ayağa qalxmağı bacardılar. Slovakiyadan aldığımız məğlubiyyət çox təsirli idi. İlk dəfə belə futbolun bizə qarşı oynanıldığını gördüm.
 
- Azərbaycan millisində müxtəlif ölkələrdən fuboçular var. Legioner bolluğunda hansı dildən istifadə edilir?
- Başqa yerlərdə də buna rast gəlmək olar. Bir futbolçu öz mövqeyində daha güclüdürsə, milli komandaya fayda verirsə, kimsə bunu müzakirə etməyəcək. Riçard Almeyda Azərbaycanda beş ildən çox oynadığı üçün millidə çıxış edə bilir.
 
-  İspaniyalı Eddi Silvestr Paskual İsrafilov Azərbaycanda oynamayıb. Bəs o necə milliləşdirilib?
- Bütün həyatını İspaniyada yaşasa da, anası azərbaycanlıdır. Buna görə də tam şəkildə legioner sayılmır.
 
- Bakı AÇ-2020-nin final mərhələsinə necə hazırlaşır?
- Daim yeni bir şey tikilir. Ancaq turistlər üçün hər şey hazırdır: gəzməli yerlər, restoranlar var. Burada böyük turnirlər keçirilib.
 
- Avropa Liqasının finalına getdiniz?
- Milli komandanın bütün üzvləri stadionda idi. Məncim fikrimcə, tək problem qaçış zolağıdır. Ancaq bütün Olimpita stadionlarında buna rast gəlinir: “Lujniki”dən Romaya qədər. Bəlkə də İngiltərədən Bakıya gəlmək çətindir. Ancaq “Ayntraxt” finalda olsaydı, əminəm ki, çox insan olacaqdı. Macarıstanla oyunda rəqibin çoxlu azarkeşi stadionda idi.
 
- “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryan Bakıya gəlməkdən imtina etdi. İnsanlar bu barədə nə danışırdı?
- Dürüst olmaq lazımdırsa, bu, insanların vecinə deyildi. Onun qərarını müzakirə etmədik. Daha çox şey söyləyəcəm: həmin ay Bakıda təşkil olunan tutnirdə iki erməni idmançı da iştirak elədi və problem yaşanmadı. Mxitaryanla da eyni şeyin olacağına əminəm. Bütün ölkənin etibarını kim riskə atar? Yenə təkrar edirəm ki, azərbaycanlıların vecinə deyildi! 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah