"Qarabağ" yaxşı komandadır"- "Dundalk"ın qapıçısı

"Çempionlar Liqasında növbəti mərhələsində olmaq çox yaxşıdır. Çünki bu, İrlandiya Liqasının oyunçusu üçün yüksək pillədir. "Qarabağ"ın həqiqətən də yaxşı komandadır. Amma biz də necə komanda olduğumuzu bilirik və bunu əvvəllər də göstərmişik".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Dundalk"ın qapıçısı Qari Rodjers ölkəsinin mətbuatına deyib.

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq İrlandiya klubunun qolkiperi "Riqa"ya qalib gəldikləri görüş haqda da danışıb: "İki oyuna baxdıqda, növbəti mərhələyə yüksəlməyə layiq olduğumuzu düşünürəm. İlk hissədə çoxlu qol epizodu yaratdıq, amma istifadə edə bilmədik. Bu qədər dramatik oyunda qələbə qazanmaqdan zövq almalıyıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right