"İrlandiya çempionu ilə ağır oyunlarımız olacaq" - Rəşad Sadıqov

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın “Partizani” klubuna qarşı cavab oyunundan (2:0, ilk oyun – 0:0) sonra jurnalistlərin suallarını cavablandırdı.
 
Newsport.az-ın məlumatına görə, təcrübəli müdafiəçi öncə oyunla bağlı danışıb:
 
- İlk oyunun 0:0 hesabı ilə bitməsindən sonra belə bir ssenari gözləyirdik. Xatırlamıram ki, I mərhələdə hansısa oyunumuz belə maraqlı, rəngarəng alınsın. İkinci hissədə məcbur idik ki, bir az sürəti artıraq. Çünki rəqib yaxşı müdafiə olunurdu. Çox şükürlər olsun ki, fasilədən sonra oyunumuz alındı, qollar vurduq.
 
- Vaxt keçdikcə qol vura bilmirdiniz. Həyəcan da artırdı...
- İkinci hissənin əvvəlində qol zamanında gəldi. Gec vursaydıq, bəlkə də həyəcan artardı. Qurban müəllim fasilədə dedi ki tələsməyin, həyəcanlanmayın, 90-cı dəqiqədə də qol vura bilərik, əlavə vaxtda da, oyununuzu oynayın.
 
- Görünür, yeni transferlər komandaya tez uyğunlaşır.
- Bu, bizi sevindirir. Vaxt keçdikcə daha yaxşı uyğunlaşacaqlar. Ola bilsin ki, bu gün oyunları yaxşı alındı, ancaq sabah bu, baş verməz. Müəyyən vaxt lazımdı.
 
- Vaqner Da Silva ikinci hissədə vacib qurtarış etdi.
- Bizim də qaçırdığımız çox şans oldu. Onların bir real şansı oldusa, biz 4-5 100 faizli fürsətdən yararlana bilmədik. Futboldur, mütləq belə an olur. Biz də həmin anı gözləyirdik, qol olsaydı, səhv etmirəmsə, qarşıda 10-15 dəqiqəlik vaxtımız var idi. Buna da hətta hazırlaşmışdıq. Çox şeyə hazırlaşırsan, ancaq meydanda alınıb-alınmayacağını bilmirsən.
 
- "Partizani" II mərhələdəki rəqiblərinizdən güclü görünür...
- Həmin komandaları yaxından tanımırıq. Paltardəyişmə otağında penaltilər seriyasına baxdıq. “Dandolk” qalib gəldi və ilk dəfə İrlandiya çempionu ilə qarşılaşacağıq. Uzun yol bizi gözləyir. Səhv etmirəmsə, süni örtükdə oynayırlar. Bizi ağır oyunlar gözləyir. Əlimizdən gələni etməliyik ki, bizim üçün yaxşı olsun.
 
- Penaltilər seriyasını izləyəndə hansı rəqibi arzu edirdin?
- Mən heç vaxt rəqib istəmirəm. Həmişə Allaha buraxıram, hansı məsləhətdirsə, o olsun.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right