"Zirə" yeni transferini rəsmən açıqladı FOTOLAR

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Anastasios Papazoğlu ilə anlaşıb. 30 yaşlı müdafiəçi ilə 1 illik müqavilə bağlanılıb. 

Yunanıstanlı futbolçu bundan öncə “Panserrakios”(Yunanıstan), “Olimpiakos” (Yunanıstan), APOEL (Kipr), “Xanti” (Yunanıstan), “Panetolikos” (Yunanıstan), “Apollon” (Yunanıstan) və OFİ (Yunanıstan) klublarında çıxış edib.

"Zirə" bu yay Elvin Məmmədov, Cavid Hüseynov, Elvin Camalov, Nicat Süleymanov, Boyan Zaqoviç, Miloş Bakraç və Soni Nordeni də heyətinə qatıb.

 

Image may contain: 1 person, standing

Image may contain: 1 person, smiling, standing and outdoor

Image may contain: 1 person, smiling





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right