"Qarabağ" yeni transferini açıqladı FOTOLAR

"Qarabağ" növbəti transferini açıqlayıb.

Newsport.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam klubu Seneqal əsilli fransalı hücumçu Maqaye Qeyeni transfer edib. Transferin detalları açıqlanmayıb.

29 yaşlı futbolçu "Strasburq"un yetirməsidir. O, 2010-cu ildə İngiltərənin "Everton" klubuna 1,4 milyon avroya transfer olub. Geye "Brest", "Milluol", "Adanaspor" və "Osmanlıspor" klublarında da çıxış edib. Maqaye ötən mövsüm "Osmanlıspor"da 25 oyuna 9 qol vurub. Futbolçu Fransanın aşağa yaş qruplarından ibarət yığmalarının və Senqalın U-23 millisinin şərəfini qoruyub.

 
 

.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right