"Neftçi"dən bir il əvvəl ayrılan futbolçu yeni klub tapdı

Ötən mövsümün sonunda "Neftçi"dən ayrılan Derlis Meza Kollinin yeni klubu məlum olub.

Newsport.az-ın məlumatına görə, paraqvaylı yarımmüdafiəçi karyerasını yenidən Rumıniyada davam etdirəcək. Derlis II liqada çıxış edən "Petrolul"la (Ploeşti) müqavilə imzalayıb. 30 yaşlı futbolçu komandanın Türkiyədəki təlim-məşq toplanışına qatılıb.

Daha öncə "Neftçi"nin digər sabiq futbolçusu - Petru Raku "Petrolul"la müqavilə imzalamışdı.

Derlis Meza Kolli sonuncu dəfə 2017/18 mövsümündə "Neftçi"də çıxış edib. Təcrübəli oyunçu "İnter" və "Qəbələ"nin də formasını geyinib.

Derlisin qardaşı Sezar Meza Kolli isə Rumıniyanın "Uniersitatya Krayova" klubundan "Keşlə"yə qayıdıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right