"Qarabağ"ın gücünü yaxşı bilirik"

"İlk oyunda mənə bir neçə dəqiqə oynamağa şans verən baş məşqçiyə minnətdarlığımı bildirirəm. Getdikcə daha çox oynayacağıma inanıram". Newsport.az saytının məlumatına görə, bunu "Partizani"nin yarımmüdafiəçisi Ron Broxa deyib.

Albaniya çempionu Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşü çərçivəsində bu gün "Qarabağ"ın qonağı olacaq. Tirana təmsilçisinin yeni transferi olan Broxa Bakıdakı qarşılaşma ilə bağlı ümidli danışıb.

İlk görüşün son 22 dəqiqəsində meydanda olan 23 yaşlı müdafiəyəmeyilli oyunçu "Qarabağ" barədə də müsbət fikirlər səsləndirib: "Çox ağır oyun olacaq. Biz "Qarabağ"ın gücünü yaxşı bilirik. Hər halda qarşılaşmaya yüksək səviyyədə hazırlaşmışıq. Rəqib nə qədər güclü olsa da, mərhələ adlayacağımıza inamımız böyükdü. Bu hələ başlanğıcdı. Özümü burda çox yaxşı hiss edirəm. "Partizani" əla komandadı. Bu mövsüm də çempion olacağımıza inanıram".

Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq. Komandalar arasındakı ilk oyun qolsuz bərabərliklə nəticələnib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right