"Qəbələ" "Boluspor"a qalib gəldi Yenilənib

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün sonuncu yoxlama oyununu keçirib. 

Newsport.az-ın məlumatına görə, “qırmızı-qaralar” “Boluspor”la qarşılaşıb. Yerli komanda ilə görüş "qırmızı-qaralar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qəbələ"nin heyətində qolları yeni transferlər - Merab Qiqauri və Klesio Bauk vurublar.

Qeyd edək ki, "Qəbələ" toplanış çərçivəsində buna qədər Ukrayna təmsilçiləri “Mariupol”a 2:1 hesabı ilə qalib gəlib, “Vorskla”ya 1:3 uduzub.


Yoxlama oyunu

17 iyul

17:00. "Boluspor" - "Qəbələ" - 1:2
Qollar:
 Merab Qiqauri, 19 (0:1), Klesio, 47 (0:2), Yasin Dülger, 90 (1:2)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right