Nicat Qurbanov karyerasını bərpa etdi - ölkə xaricinə yollandı

"Sumqayıt"dan ayrıldıqdan sonra ölkə daxilində klub tapmadığı üçün karyerasını məcburiyyətdən başa vurduğunu bəyan edən Nicat Qurbanovdan yeni xəbər var.

Newsport.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi karyerasını Gürcüstanda davam etdirəcək. Qurbanov II liqa təmsilçisi "Samtredia"ya transfer olub. Tərəflər 6 aylıq müqaviləyə qol çəkib.

"Samtredia" mövsümün ilk yarısını 32 xalla 3-cü yerdə başa vurub. Mövsümün ikinci yarısına avqustun 4-də start veriləcək.

Nicat "Sportal"a açıqlamasında transferiylə bağlı fikirlərini bölüşüb: "Bura gəlməyimdə mənə kömək olan azərbaycanlı agent Vaqif Heydərliyə sizin vasitənizlə bir daha təşəkkür edirəm. Həqiqətən də mənə çox kömək oldu. Bildiyiniz kimi, futbolla vidalaşmışdım, amma zəng elədi, bu məsələdə kömək etdi. İnşallah, xeyirli bir zaman keçirərəm burada. Həm özümü, həm də mənə dəstək olanları sevindirərəm".

"Neftçi"nin yetirməsi olan Nicat Qurbanov "Simurq", AZAL, "Zirə", "Kəpəz" və "Sumqayıt" klublarında da çıxış edib. Nicat Azərbaycanın U-17 və U-19 yığmalarının üzvü olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right