"Everton"un sabiq futbolçusu "Qarabağ"da!

"Qarabağ" növbəti transferini bitirib.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu Seneqal əsilli fransalı vinger Maqaye Qeyeni transfer edib. Klub tezliklə müqavilənin detallarını açıqlayacaq.

29 yaşlı futbolçu "Strasburq"un yetirməsidir. O, 2010-cu ildə İngiltərənin "Everton" klubuna 1,4 milyon avroya transfer olub. Geye "Brest", "Milluol", "Adanaspor" və "Osmanlıspor" klublarında da çıxış edib. Maqaye ötən mövsüm "Osmanlıspor"da 25 oyuna 9 qol vurub. Futbolçu Fransanın aşağa yaş qruplarından ibarət yığmalarında və Senqalın U-23 millisinin şərəfini qoruyub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right