“Səbail” Rumıniyaya getdi

“Səbail” komandası UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Universitatya Krayova” ilə cavab oyunu üçün Rumıniyaya yola düşüb.

Newsport.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün günorta saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı-İstanbul-Buxarest reysi ilə səfərə çıxıb. “Dənizçilər” Buxarestdən rəqib komandanın təmsil etdiyi Krayova şəhərinə avtobusla yola düşəcəklər.

Heyət mənzil başına axşam saatlarında çatacaq. İyulun 17-də isə komandanın matçöncəsi məşqi olacaq.

İyulun 18-də Krayovadakı “İon Oblemenko” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Bakıda baş tutan ilk matçda rumınlar 3:2 hesabı ilə qalib gəliblər.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right