"Partizani" Bakıda

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda sabah "Qarabağ"la qarşılaşacaq "Partizani" artıq Bakıdadır.

Newsport.az Albaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu gün səhər saatlarında Tirananı tərk edən komanda paytaxtımıza çatıb. "Partizani" bu gün yerli vaxtla saat 20:00-da matçın keçiriləcəyi "Dalğa Arena"da oyunöncəsi son məşqini edəcək.

Qeyd edək ki, "Qarabağ" - "Partizani" oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq. Komandalar arasında Albaniyada keçirilən ilk görüşdə hesab açılmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right