"Növbəti mərhələyə yüksələcəyimizə inanırıq" "Partizani"nin futbolçusu

"İlk oyundakı kimi hücum edəcəyik və hücumda daha yaxşı oynasaq, bizdə hər şeyin alınacağına inanıram. Topa nəzarəti itirmək olmaz. Səfər oyununa daha güclü "Partizani" gedir. Biz növbəti mərhələyə yüksələcəyimizə inanırıq. Tiranadakı matçda hər kəs güclü və çətin komanda olduğumuzu gördü".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Partizani"nin futbolçusu Bruno Telyuşi Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"la cavab oyunu öncəsi Albaniya mətbuatına deyib.

O, penaltilər seriyasına hazır olduqlarını söyləyib: "Penaltilər seriyası üçün də hazırlaşmışıq.  Ancaq böyük ehtimalla, hər şey 90 dəqiqə ərzində həll ediləcək".

Qeyd edək ki, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Partizani" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Albaniyadakı ilk qarşılaşmada hesab açılmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right