Karikari yenə Azərbaycana gəlir

6 aydan bir klub dəyişməyə adət edən, “Neftçi”də də daha uzun müddət duruş gətirməyən Kvame Karikare yenə ölkəmizə gələcək. Bu dəfə rəqib kimi...
 
Dünən bakılılarla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verən qanalı hücumçu yeni klubu ilə anlaşıb. Tiflis “Dinamo”sunun rəsmi saytı onunla 1+1 illik müqavilə bağladığını rəsmən açıqlayıb. Gürcüstan klubu 27 yaşlı oyunçunu hazırlığına qatıb.
 
2017/2018-ci illər mövsümündə "Neftçi”nin heyətində 10 oyunda 2 qol vurmuş Kvame son mövsümü icarə əsasında BƏƏ "Əl Oruba”sında keçirib. Onun təmsilçimizlə daha birillik anlaşması qalsa da, tərəflər yolları ayırmağı lazım bilib. İndi isə qanalı Avropa Liqasında “Qəbələ”yə qol vurmaq üçün ölkəmizə gələcək. II təsnifat mərhələsində potensial rəqibimiz olan gürcülər ilk rəqibini mübarizədən kənarlaşdırmaq üzrədi (birinci oyunda 6:0 qalib gəliblər). Bu isə Kvamenin mütləq Bakıya gələcəyi deməkdi.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right