“Neftçi” Saşanı istəyir

“Neftçi” “Arsenal”la oyuna yeni legionerlə çıxa bilər. Avropa Liqasının ilk təsnifat mərhələsini keçəcəyi şübhə doöurmayan bakılılar Rusiya klubu ilə matçlaradək daha bir əcnəbini gətirməyi planlaşdırır.
 
Newsport.az xəbər verir ki, Tula klubu ilə qarşılaşmaya kimi “Neftçi” braziliyalı futbolçu ala bilər. 29 yaşlı Lukas Saşa ilə danışıqlar yekunlaşıb. Transfer üçün lazım olan məbləğ təmin edilən kimi “sambaçı” sifariş ediləcək. Həm müdafiədə, həm də dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edə bilən futbolçunun gəlişi sponsorlardan asılıdı.
 
Braziliya “Korintians”ının yetirməsi son 4 ili “Ludoqorets”də keçirib. Əvvəlcə Bolqarıstan təmsilçisinin əvəzedici heyətində, sonra isə əsas komandasında çıxış edən oyunçunun Yunanıstan “Aris”ində qalmaq ehtimalı da var. İlin əvvəlində bu kluba yollanan Saşanın peşəkar karyerasına 2009-cu ildə «Qremio”da başladığını, 2011-də “Katanzaro”ya keçdiyini, daha sonra 1 il “San Xose”də oynadığını da xatırladaq. Sofiya ÇSKA-sı ilə müqavilə bağlayan braziliyalı 2013-cü ildə Tel-Əviv “Hapoel”inin formasını geyib, daha sonra “Ludoqorets”də qərar tutub. O, burada 4 dəfə Bolqarıstan çempionu olmaqla yanaşı, Çempionlar Liqasının qrup mərhələsində çıxış edib.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right