Samir Abasova 5 oyun vaxt verildi

“Zirə”nin növbəti mövsüm üçün hədəfi avrokuboklara vəsiqə qazanmaqdı. Cavid Hüseynov, Elvin Camalov kimi yüksəködənişli yerli futbolçular və bir neçə istədiyi legionerin transferi qarşılığında komandanın baş məşqçisi Samir Abasov bununla bağlı rəhbərliyə söz verib.

Newsport.az-ın məlumatına görə Abasovun komandadakı gələcəyi daha çox mövsümə necə start verilməsindən asılı olacaq. Büdcədə artıma gedən rəhbərlik ilk oyunlardan yaxşı nəticə istəyir. Əgər ilk 5 turdan sonra komanda avrokubok zonasında qərarlaşa bilməsə, Abasovla yollar ayrılacaq. Yox, əgər start uğurlu alınsa, mütəxəssis ən azı qışa qədər də komandanın başında olacaq.

futbolpress.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right