Gerye “Qarabağ”dan göndərilir FOTO

“Qarabağ” Vild-Donald Gerye ilə yolları ayırır. Buna səbəb futbolçunun hörmətsiz davranışıdı.

Newsport.az-ın məlumatına görəHaiti millisinin heyətində olduğu üçün Ağdam klubunun yay hazırlıq toplanışına qatılmayan müdafiəçinin Çempionlar Liqasında “Partizani” ilə səfər oyununda oynayacağı gözlənilirdi. Heyətdəki problemlərə görə Geryeyə həmin görüşdə meydana çıxmağının vacibliyi izah edilib, hətta sonrası üçün istirahət sözü verilib. Ancaq o, bu matç üçün Albaniyaya gəlməkdən imtina edib. Komanda hazırda Bakıda olsa da, Gerye hələ də düşərgədə deyil. Belə davranışlarına görə komandanın baş məşqçisi Qurban Qurbanov legioner futbolçudan imtina etmək qərarına gəlib.

Bu arada, Geryenin “Instagram”da “Qarabağ”ın azarkeş səhifələrindən birinə yazdığı rəy maraqlıdı. O, azarkeşlərin hələ də komandaya qoşulmaması ilə bağlı iradına artıq hər şeyin bitdiyini bildirərək cavab verib.






Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right