“Sumqayıt” Türkiyədən hücumçu gətirir

“Sumqayıt” növbəti transferini reallaşdırmaq üzrədi. Heyətinə legioner cəlb edə bilməyən “Gənclik şəhəri” təmsilçisi milliləşdirilmiş futbolçu ilə güclənəcək.

Newsport.az-ın məlumatına görəsöhbət Azərbaycan U-17 və U-19 yığmalarında çıxış etmiş Doğukan Öksüzdən gedir. Son mövsümü Türkiyənin III Liqası klubu “Trabzon 1461”də keçirən 20 yaşlı hücumçu hazırda azad agentdi. “Sumqayıt” forvardı pulsuz heyətinə qatacaq. Artıq tərəflər arasında razılıq əldə edilib.

“Trabzonspor”un yetirməsi olan Doğukan bu klubda yalnız aşağı yaş komandalarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right