"Zirə"dən daha bir transfer RƏSMİ

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, qəsəbə təmsilçisi Miloş Bakraçla anlaşıb. 27 yaşlı müdafiəçi ilə 1 illik müqavilə bağlanılıb. 

Monteneqrolu futbolçu bundan öncə “Syon”(İsveçrə), “Buduçnost” (Monteneqro), “Travnik” (Bosniya və Hersoqovina), “Suteska” (Monteneqro), “Jeljezniçar” (Bosniya və Hersoqovina) və OFK Titoqrad (Monteneqro) klublarında çıxış edib.

"Zirə" daha öncə Elvin Məmmədov, Cavid Hüseynov, Elvin Camalov, Nicat Süleymanov və Boyan Zaqoviçi transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right