"Komanda kimi oyunumuzu tapmaq üçün vaxt lazımdır” - Elşad Əhmədov

“Artıq ikinci yoxlama oyunudur ki, qələbə qazanırıq. Lakin bu, bizim üçün elə də vacib deyil. Hazırda bizim üçün əsas olan komandanın hazırlıq səviyyəsini yoxlamaq, səhvlərimizi görməkdir. Bu baxımdan bu cür oyunlar bizim üçün çox vacibdir".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra klubun saytına deyib.

O, yeni transferlərin komandaya uyğunlaşmaq baxımından çətinlik çəkmədiyini söyləyib: "Ancaq komanda kimi oyunumuzu tapmaq üçün vaxt lazımdır”.

Xatırladaq ki, “Sabah” mövsümlərarası fasilədə keçirdiyi ilk yoxlama oyununda “Zirə”ni məğlub (5:3) edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right