Azərbaycan futboluna yeni oyun qaydaları tətbiq olunub SİYAHI

Azərbaycan futbolunda 2019/2020 mövsümünün oyunları qaydalara edilən dəyişikliklərlə keçiriləcək.

Newsport.az-ın məlumatına görə, bu barədə "Report"a AFFA Hakimlər Departamentinin rəhbəri Cavid Cəlilov məlumat verib.

Onun sözlərinə görə, Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) təsdiqlədiyi yeni oyun qaydaları qarşıdakı mövsümdən tətbiq edilməyə başlayacaq.

Cəlilov artıq hakimlər və hakim-inspektorlarla yanaşı, xüsusən avrokuboklarda çıxış edən ölkə klublarına bununla bağlı seminarların kecirildiyini açıqlayıb: "Yeni dəyişikliklər artıq tətbiq edildiyindən, oyunlar zamanı çətinlik çəkməmələri üçün onlara seminarın kecirilməsi lazim idi. Ümumilikdə, son 4 ildə qaydalara 210 dəyişiklik edilib. Builki dəyişikliklərin əvvəlkilərdən fərqi artıq birbaşa oyuna tesir etmələridir".

Yeni qaydalar bunlardır:

1. Hücum edən komandanın oyunçusunun qol vəziyyəti yaratdığı və qol vurduğu zaman bilərəkdən və ya bilməyərəkdən əllə oynaması qayda pozuntusu sayılacaq;

2. Əvəzlənən futbolçu bütün meydan boyu yox, ona yaxın olan yan xətt tərəfdən ehtiyat oyunçular skamyasına yollanmalıdır;

3. Hakimlər məşqçilərə qeyri-idman hərəkətinə görə sarı və qırmızı vərəqələr göstərə bilərlər;

4. Qapıdan zərbə zamanı topla cərimə meydançası daxilində də oynamaq olar;

5. Hücum edən komandanın oyunçuları cərimə zərbəsi zamanı müdafiə edən komandanın canlı səddindən azı bir metr məsafədə olmalıdırlar;

6. Penalti yerinə yetirilərkən qolkiperlərin qapı xətti üzərinə ayaqlarından birini qoyması da kifayətdir;

7. Bəzi hallarda top baş hakimə dəydikdən sonra "mübahisəli top" təyin olunacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası avqustun 16-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right