Skaloni Argentina millisində qalır

Argentina Futbol Federasiyası yığmanın baş məşqçisi Lionel Skalonini istefaya göndərməyəcək.

Newsport.az-ın "goal"a istinadən yaydığı xəbərə görə, 41 yaşlı mütəxəsislə yeni müqavilə imzalanacaq. Artıq federasiya ilə yeni sözləşmənin şərtlərini razılaşdıran çalışdırıcı ən azı DÇ-2022-nin seçmə mərhələsinin sonuna qədər millinin sükanı arxasında olacaq. 

Qeyd edək ki, Skaloni ötən ilin avqust ayından Argentina yığmasına başçılıq edir. O, bir neçə gün öncə başa çatan Amerika kubokunda komandasına bürünc medallar qazandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right