Qrizmann rəsmən “Barselona”da

"Barselona" "Atletiko"nun hücumçusu Antuan Qrizmannı transfer edib.

 

Newsport.az xəbər verir ki, kataloniyalıların saytı keçidi rəsmən açıqlayıb. Bu transfer üçün "Barselona" 120 milyon avrosundan keçib. Fransalı futbolçu ilə 2024-cü ilə qədər müqavilə imzalanıb.

 

28 yaşlı futbolçunun sərbəst qalma dəyəri 800 milyon avro təyin edilib.

 

Fransa millisinin üzvü 2014-cü ildən "Atletiko"da çıxış edirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right