"Ndlovu cənubi afrikalıların Azərbaycana qapısını açıb" - "Sabah"ın yeni transferi

"Sabah"ın yeni transferi Hendrik Ekstein açıqlama verib.

 

Newsport.az iol.co.za saytına istinadən xəbər verir ki, cənubi afrikalı vinger paytaxt klubuna keçidi barədə danışıb:

 

"Hər bir futbolçunun legioner həyatı yaşamaq arzusu var. Bunun üçün özünü evdə yaxşı göstərməli və diqqət mərkəzinə düşməlisiniz. Sevinirəm ki, legioner həyatı yaşamaq xəyalımı reallaşdırdım. "Qarabağ"da oynamış Dino Ndlovu mənə kömək etdi. O, cənubi afrikalıların Azərbaycana qapısını açıb. Xaricə gedəcəyim xəbərini agentimdən alanda inanmırdım. Yalnız müqavilə bağlayanda əmin oldum. Azərbaycanda isti qarşılanmışam və ev üçün darıxmıram".

 

28 yaşlı futbolçu "Sabah"dakı hədəflərindən danışıb:

 

"Çempionatı ilk üçlükdə tamamlasaq, Avropa kuboklarına yollanacağıq. Komandama Avropada yardım etsəm, çox sevinəcəm. Ölkəmi yaxşı şəkildə təmsil etmək istəyirəm, ancaq bunun üçün çox çalışmaq məcburiyyətindəyəm. Daha sonra milli komandanın məşqçilərinin diqqətini çəkə bilərəm. Məqsədim "Sabah"ın Azərbaycan çempionu olmasına kömək olmaqdır. Ötən mövsüm komanda yeddinci olub. Əgər ilk üçlükdə istənilən yer üçün iddia etsək, məncə, öhdəsindən gələrik. Bu, Cənubi Afrika Respbilikasının millisinin formasını geyinməyim üçün önəmlidir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right