"Səbail"in rəqibi 1 milyonluq futbolçu istəyir

"Səbail"in Avropa Liqasının I təsnifat mərəhələsindəki rəqibi "Universitatya Krayova" daha bir futbolçunu transfer etmək niyyətindədi. Newsport.az saytının Rumıniya mətbuatına istinadən məlumatına görə, Krayova təmsilçisi "Sepsi"nin müdafiəçisi Florin Ştefana "elçi düşüb".

Bunu "Sepsi"nin sahibi Laslo Dioseqi də təsdiqləyib. Lakin onlar futbolçunu ucuz qiymətə satmayacaqlar. Klub rəhbəri "Universitatya Krayova" ilə yanaşı, Rusiya klublarından da 23 yaşlı sol cinah oyunçusu üçün təklif aldıqlarını açıqlayıb. O, futbolçunun transfer qiymətinin 1 milyon avro olduğunu da söyləyib: "Bizim Ştefanı 300 minə satmaq fikrimiz yoxdu. Hazırkı transfer bazarına əsasən, onun qiyməti 1 milyon avrodu".

Qeyd edək ki, "Universitatya Krayova" Avropa Liqasının I təsnifat mərəhələsinin Bakıda keçirilən ilk oyununda "Səbail" üzərində 3:2 hesablı qələbə qazanıb. 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah