“Neftçi” xal hesabımızı zənginləşdirdi

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın reytinq cədvəli bəlli olub.

Newsport.az xəbər verir ki, Moldovada yerli “Sperantsa” klubuna 3:0 hesabı ilə qalib gələn "Neftçi" Azərbaycanın UEFA əmsalına 0,250 xal əlavə edib.

Evdə Rumıniya təmsilçisi "Universitatya Krayova"ya uduzan (2:3) “Səbail” reytinq xalı qazandırmayıb.

Bu mövsüm Azərbaycan 0,375 reytinq xalı qazanıb. Bunun 0,250-ni “Neftçi”, 0,125 xalı isə aktivinə “Qarabağ” yazdırıb. 

“Neftçi”nin qələbəsindən sonra son 5 mövsüm üçün ümumi xal 15,750-yə çatıb. Bu göstərici ilə Azərbaycan Avropada 26-cıdır.

25-ci pillədə olan Qazaxıstanın 16,750 xala malikdir. Ən yaxın izləyici Polşanın isə 14,875 xalla 27-cidir.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah