"Sumqayıt"da 3 illik müqavilə

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" heyətinə yeni futbolçular cəlb edib.

Newsport.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "gənclik şəhəri" təmsilçisi akademiyasının yetirmələri və əvəzedici komandanın üzvləri olan Rüfət və Səbuhi Abdullazadə ilə 3 illik müqavilə imzalayıb. Rüfət "Sumqayıt"da 20, Səbuhi isə 28 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, U-19 millimizin üzvü olan gənc yarımmüdafiəçilər 2017/18 mövsümündə Premyer Liqada debüt ediblər. Rüfət qeyd olunmuş mövsümün 11-ci turunda "Keşlə" ilə qarşılaşmada (3:1) ilk Premyer Liqa oyununu keçiribsə, Səbuhi bu uğura 14-cü turda "Kəpəz"lə oyunda (3:0) nail olub. Onlar 2017/18 mövsümündə Premyer Liqada oynamış ən gənc futbolçular olublar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right