Rüfət Dadaşovdan qol ötürməsi

Millimizin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi Almaniya üçüncü bundesliqa təmsilçisi "Proyssen" növbəti yoxlama oyunu keçirib.
 
Newsport.az-ın məlumatına görə, komanda liqanın digər klubu "Fortuna Köln"lə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.
 
Matça start heyətdə başlayan R.Dadaşov 76-cı dəqiqədə əvəzlənib. O, 54-cü dəqiqədə komandasının qələbə qolunun ötürməsini verib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right