"Səbail"lə oyunda favorit olduğumuzu meydanda göstərməliyik"

"Universitatya" Azərbaycana yaxşı nəticə üçün gedib. İnanıram ki, hər şey istədikləri kimi olacaq. Bu barədə nikbinəm".

Newsport.az-ın Rumıniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Universitatya Krayova" klubunun keçmiş hücumçusu Qeorqe Krayovyanu deyib. Sabiq komandasının Avropa Liqasının 1-ci təsnifat mərhələsində bu gün Bakıda "Səbail"lə keçirəcəyi oyun haqda danışan 54 yaşlı veteran futbolçu rumınların favorit olduğunu söyləyib:

"Bakıya qələbə dalınca getdiklərini bilirəm. Komanda bu oyuna çox yaxşı hazırlaşıb. Hamı mənə deyirdi ki, "Universitatya" yoxlama matçlarında pis təsir bağışlayıb. Ancaq mən belə şeylərə fikir vermirəm. Favorit olduğumuzu deməyi xoşlamıram. Biz bunu meydanda göstərməliyik. Açığı, süni örtüklü meydança ilə bağlı qorxularım var. Orada zədə almaq ehtimalı böyükdür. Zədələndinsə, oyunu buraxmalısan".

"Universitatya"nın Avroliqada qrupa düşmək şanslarını dəyərləndirən Krayovyanu bunları deyib: "Belə bir şansımız var. Amma məni daha çox yerli çempionat maraqlandırır. Çünki onsuz da Avropa Liqasını qazana bilməyəcəyik".

Keçmiş forvard "Səbail"in dünyaca məşhur yarımmüdafiəçisi Maykl Esyen haqda da danışıb: "Esyen tanınmış futbolçudur. Kifayət qədər təcrübəyə sahibdir. Onun dünya futbolunda özünəməxsus yeri var".

Qeyd edək ki, "ASCO Arena"da keçiriləcək "Səbail" - "Universitatya" oyunu yerli vaxtla 20:00-da başlayacaq. Komandalar arasında cavab görüşü 1 həftə sonra Rumıniyada olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right