"Səbail"i keçməliyik" klub prezidenti

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda bu gün Bakıda "Səbail"in qonağı olacaq "Universitatya Krayova" klubunun prezidenti Sorin Kartu komandasının şanslarını dəyərləndirib.

Newsport.az xəbər verir ki, o, Rumıniyanın "digisport" nəşrinə açıqlamasında Azərbaycan təmsilçisini keçməli olduqlarını söyləyib:

"Komandamız əvvəlki illərlə müqayisədə güclüdür. Nəinki bu mərhələni adlamaq, daha ciddi hədəflərə çatmaq üçün hər bir şəraitimiz var. "Universitatya Krayova" "Səbail"i keçməlidir".

Qeyd edək ki, "ASCO Arena"da keçiriləcək "Səbail" - "Universitatya Krayova" oyunu yerli vaxtla 20:00-da başlayacaq. Komandalar arasında cavab matçı 1 həftə sonra Rumıniyada olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right