"Neftçi"dən Rumıniya klubuna

"Neftçi"nin mövsüm bitən kimi yollarını ayırdığı moldovalı legioneri Petru Raku karyerasını Rumıniyada davam etdirəcək. Newsport.az xəbər verir ki, 31 yaşlı müdafiəçi "Petrolul" klubuna keçib. Ploeşt təmsilçisi Petruyla 1 illik müqavilə imzalayıb. 

İkinci liqada çıxış edən bu komandanı Rakunun həmyerlisi Flavius Stoykan çalışdırır. O, yaxın keçmişdə "Zimbru"nun baş məşqçisi olub. "Petrolul" ötən mövsümü 4-cü pillədə bitirib. 

Xatırladaq ki, "Neftçi"nin baş məşqçisi Roberto Bordin "Şerif"də rəhbərliyi altında oynamış Petrunu qış fasiləsində yanına gətirərək ona cəmi 2 matçda ona şans verdi və mayda başa çatan müqavilə uzadılmadı. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right