Yeni transfer "Qəbələ"də ilk məşqinə çıxdı

“Qəbələ” 2019-2020-ci illər mövsümünün hazırlıqlarını davam etdirir.

 

Newsport.az klubun saytına istinadən xəbər verir ki, Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “qırmızı-qaralar” hazırlıq prosesinin yeddinci gününü başa vurub. Sənan Qurbanovun yetirmələri günü bir məşqlə yekunlaşdırıb. Hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib. Futbolçular toplu çalışmaları yerinə yetiriblər. Məşq prosesi ikitərəfli oyunla başa çatıb.

 

Bərpa prosesi keçən Davit Volkov, komandaya yeni qoşulan Klesio Bauk fərdi hazırlıqla kifayətlənib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right