"Krayova"nın kapitanı: "Fürsət olsa, Essyenlə şəkil çəkdirəcəm"

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Səbail"in qonağı olacaq Rumıniyanın "Universitatya Krayova" klubunun kapitanı Nikuşor Banku fikirlərini bölüşüb.

 

Newsport.az xəbər verir ki, 26 yaşlı sol cinah müdafiəçisi süni örtüklü meydanda oynamağın çətin olacağını deyib:

 

"Bizi çətin oyun gözləyir. Süni örtüklü meydançada oynayacağıq. Buna öyrəşməmişik. Mərhələ keçmək asan olmayacaq. Azərkeşlər bizdən qələbə gözləyir. Əlimizdən gələni edəcəyik"

 

Rumıniya millisinin üzvü "Səbail"in yarımmüdafiəçisi Maykl Essyen barədə də danışıb:


"Essyenin yaxşı oyunçu olduğunu bilirəm. Ancaq indi gənc deyil. Onun təcrübəsi var. “Səbail”in Esyyendən də başqa yaxşı oyunçuları var. Sabahkı oyundan sonra fürsət olsa, bəlkə də şəkil çəkdirərik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right