"Neftçi" Avropa Liqasına darmadağınla başladı Yenilənib

Avropa Liqasında ölkəmizi təmsil edən “Neftçi” bu gün mübarizəyə başlayıb.

Newsport.az-ın məlumatına görə, Roberto Bordinin komandası 1-ci təsnifat mərhələsinin  ilk oyununda Moldovanın “Sperantsa” klubunun qonağıdır. Bir neçə ildir Avroliqada uğursuz çıxış edən paytaxt təmsilçisi buna son qoymağa çalışacaq. 

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 18-də Bakıda keçiriləcək. Mərhələni adlayan tərəf Rusiyanın "Arsenal" (Tula) klubu ilə qaşılaşacaq.


11 iyul

Avropa Liqası, I təsnifat mərhələsi

İlk oyunlar

21:00. "Sperantsa" (Moldova) - "Neftçi" (Azərbaycan) - 0:3 
Qol: 
Emin Mahmudov, 16-pen. Stiven Monroz, 36, Rəhman Hacıyev, 76
Baş hakim: Tim Marşal (Şimali İrlandiya)

Kişinyov, "Zimbru" stadionu

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right