“Qarabağ” indiyədək qarşılaşdığımız komandalardan üstündür”

“Komandamız “Qarabağ”la oyuna hazırdır. Üç həftədir yeni mövsümə hazırlaşırıq".

Newsport.az xəbər verir ki, bu sözləri "Partizani”nin kapitanı Alban Hoca Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində bu gün "Qarabağ"la keçiriləcək oyun haqda deyib.


32 yaşlı qapıçı Ağdam klubu haqda ehtiyatlı danışıb. O, indiyə qədər belə güclü rəqiblə qarşılaşmadıqlarını bildirib: “Yaxşı komandamız var. Rəqiblə başabaş mübarizə aparmağa çalışacağıq. Ev oyununda yaxşı nəticə qazanacağımıza ümid edirəm. Çempionlar Liqasında bütün komandalar güclüdür. Amma “Qarabağ” indiyədək qarşılaşdığımız komandalardan daha üstündür".

A.Hoca qeyd edib ki, hava isti olduğu üçün oyunun 19:30-da deyil, bir qədər gec başlaması daha yaxşı olardı: "Bu qrafiklə yayda oynamaq çətindir. Amma mübarizə aparmalıyıq. Yaxşı ki, oyun günü  havanın nisbətən sərin olacağı proqnozlaşdırılır. İsti havada maksimum qüvvə sərf etmək olmur. Görüşün şam yeməyindən sonra keçirilməsi yaxşı olardı. Son vaxtlar çox qol buraxmağımız oynadığımız oyuna görə deyil. Bir az diqqətsizliyin acısını çəkirik. Bunu aradan qaldıracağıq". 

A.Hoca "Qarabağ" haqda məlumat almaq üçün komandanın albaniyalı sabiq futbolçusu Ansi Aqolli ilə əlaqə saxlamadığını da əlavə edib: "Rəqibi məşqçimiz təhlil edərək bizə güclü və zəif tərəflərini deyib”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right