Emilin komandası Lüksemburq səfərində

Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları davam edir.

Newsport.az xəbər verir ki, bu gün daha bir görüş keçiriləcək. Milli komandamızın üzvü Emil Balayevin çıxış etdiyi "Tobol" Lüksemburqda "Jeness" klubunun qonağı olacaq. Görüş Bakı vaxtı ilə 19:55-də başlayacaq.

Qeyd edək ki, AL-də 1-ci mərhələyə dünən start verilib. Bu raundun digər oyunları sabah olacaq. Mübarizəyə bu mərhələdən başlayan təmsilçilərimiz "Neftçi" və "Səbail" də ilk matçlarını iyulun 11-də keçirəcəklər. "Ağ-qaralar" Moldovada "Sperantsa" ilə, "dənizçilər" isə Bakıda Rumıniyanın "Universitatya Krayova" klubu ilə üz-üzə gələcək. 

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

10 iyul

19:55. "Jeness" (Lüksemburq) - "Tobol" (Qazaxıstan)

9 iyul

19:55. “Sent Josefs” (Cəbəllütariq) - “Reyncers” (Şotlandiya) - 0:4

20:00. “Qzira” (Malta) – “Hayduk” (Split, Xorvatiya) - 0:2

21:30. MOİK (Sofiya, Bolqarıstan) – “Titoqrad” (Monteneqro) - 4:0





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right