"Qarabağ"la oyunöncəsi 2 transfer

Albaniya çempionu "Partizani" transfer çalışmalarını davam etdirir. Newsport.az saytının yerli mətbuata istinadən məlumatına görə, komanda Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la keçiriləcək oyunöncəsi heyətini daha 2 oyunçu ilə gücləndirib.

Belə ki, venesuelalı yarımmüdafiəçi Aristoteles Romero və yamaykalı hücumçu Brayan Braun karyerasını "Partizani"də davam etdirəcək. Romero "Krotone"dən icarəyə götürülübsə, Braun ABŞ klubu "Reno"dan alınıb. Komandanın dünənki son məşqində iştirak edən futbolçular "Qarabağ"la matçın iştirak ərizəsinə də salınıblar.

Qeyd edək ki, bu gün Tiranada keçiriləcək "Partizani" - "Qarabağ" görüşü Bakı vaxtı ilə 19:30-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right