"Neftçi"nin açıq məşqinin və mətbuat konfransının vaxtı açıqlandı

UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 11-i saat 21:00-da “Zimbru” stadionunda keçiriləcək “Sperantsa” – “Neftçi” oyunu öncəsi "ağ-qaralar"ın baş məşqçisi Roberto Bordinin mətbuat konfransı təşkil olunacaq.

 

Newsport.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, tədbir iyulun 10-da, “Zimbru” stadionunun mətbuat zalında keçiriləcək və Bakı vaxtı ilə 19:30-da başlanacaq.

 

Saat 20:00-da isə "Neftçi"nin media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right