"Qarabağ"la oyunda var-gücümüzü ortaya qoyacağıq"

"Sloveniyada yaxşı hazırlıq keçdik. Komanda düzgün yoldadır. Düşünürəm ki, "Qarabağ"la ilk oyunda var gücümüzü ortaya qoyacağıq".

Newsport.az xəbər verir ki, bu sözləri "Partizani"nin yarımmüdafiəçisi Bruno Telyuşi yerli mətbuata müsahibəsində deyib. Komandasının Sloveniyadakı hazırlıq prosesini dəyərləndirən albaniyalı futbolçu Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində iyulun 10-da Tiranada "Qarabağ"la keçirəcəkləri oyun haqda da danışıb. 28 yaşlı oyunçu yeni transferlərin Azərbaycan təmsilçisi ilə görüşdə onlara kömək edəcəyinə inandığını bildirib:

"Bu yay komandanı bir çox futbolçu tərk etdi. Amma yeniləri də gəldi. Ümid edirəm ki, onlar bura komanda üçün ən yaxşısını etməyə gəliblər. İnanıram ki, sabahkı matçda bizə kömək edəcəklər".

Telyuşi "Qarabağ"la oyun öncəsi öz azarkeşlərinə də səslənib: "İstərdim ki, mövsüm ərzində göstərdikləri dəstəyi sabah da bizdən əsirgəməsinlər. Möhtəşəm azarkeşlərimiz var. Daim stadiona gəlir və bizi dəstəkləyirlər. Biz də onları öz oyunumuzla sevindirməyə çalışacağıq".

Qeyd edək ki, sabah keçiriləcək "Partizani" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 19:30-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra paytaxtımızda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right