"Sent-Mirren"in icraçı direktoru "Qarabağ"ın təklifini təsdiqlədi

"Sent-Mirren"in icraçı direktoru Toni Fitspatrik qapıçıları Vatslav Qladki üçün "Qarabağ"dan təklif aldıqlarını təsdiqləyib. Newsport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, o, bunu qəbul etmədiklərini bildirib.

Fitspatrik çexiyalı qolkiperə yeni müqavilə təklif edəcəklərini vurğulayıb: "Bir neçə klub Qladkini izləyir. "Qarabağ"dan aldığımız təklifi isə qəbul etmədik. Çünki bizim niyyətimiz qapıçımızla yeni müqavilə bağlamaqdı. Vatslav bura gəldiyi ilk gündən keyfiyyətli qapıçı olduğunu gösərib. Ümid edirik ki, onu yeni mövsümdə də komandada saxlaya biləcəyik. Bu, "Sent-Mirren" üçün fantastik olar. O, pulla idarə olunmur".

Qeyd edək ki, yerli KİV-in iddiasına görə, "Qarabağ" bu transfer üçün ilk olaraq 200 min funt-sterlinq təklif edib, şotlandlar "yox" cavabını verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right