"Azərbaycan işinin öhdəsindən əla gəldi" UEFA-nın icraçı direktoru

UEFA-nın icraçı direktoru Martin Kallen Rusiyaya səfəri zamanı yerli mətbuata geniş müsahibə verib. Newsport.az saytının məlumatına görə, Kallen Bakıda keçirilən Avropa Liqasının finalı və qarşıdan gələn AVRO-2020-nin oyunları ilə bağlı sualları da cavablandırıb.

- AVRO-2020-nin yeni formatına uyğun olaraq, bir komanda ilk olaraq Kopenhagendə oynayıb, sonra Bakıya, ordan da Romaya keçə bilər. Bu amil azarkeşlərə çətinlik yaratmayacaq?

- Biz bu məsələni artıq müzakirə etmişik. Problemlərin qarşısını almaq üçün, bütün milli komandalar turnir zamanı oyunların keçiriləcəyi yerlərə yaxın şəhərlərdə məskunlaşacaq. Məsələn, Sankt-Peterburq Kopenhagenlə əlaqəli olacaq. Rəqiblər bu nöqtələr arasında səyahət edəcəklər. Buna görə də komandalar iki ölkənin sərhədlərini tərk etməməlidilər.

- Bu vəziyyətdə Bakıda kim oynayacaq?

- Bizim planımıza görə, Bakı Roma ilə bağlıdı. Ümid edirəm ki, Azərbaycan yığması Avropa çempionatına vəsiqə qazanacaq. Ancaq hazırkı durumda İtaliya ilə müqayisədə onların işi daha çətindi. Əgər bu baş verməsə, Roberto Mançininin komandası hər üç görüşü evdə keçirəcək.

- Avropa Liqası finalından sonra seçilən məkanla bağlı UEFA tənqid olundu. Finalı Bakıya saldığınız üçün sizi qınayan insanlara nə deyərdiniz?

- Birincisi, heç kim eyni şəhərin iki komandasının həlledici matçda iştirak edəcəyini gözləmirdi. Bunun baş vermə ehtimalı çox az idi. İkincisi, Bakı çox uzun müddət əvvəl finala ev sahibliyi etmək üçün seçilib. Və Azərbaycan UEFA üzvlərindən biri kimi, öz işinin öhdəsindən əla gəldi. Bəli, şəhər qitənin ən uzaq nöqtəsində yerləşir və getmək asan deyil. Bunu anlayırdıq. Ancaq eyni zamanda mərkəzi Avropa xaricindəki bir şəhərə belə bir görüşü təşkil etmək imkanı vermək istədik. Şəhər Avropa çempionatının bir hissəsini yüksək səviyyədə keçirəcək. Dekabrda bütün finalçılar məlum olacaq və bundan sonra logistikanı düzgün qura bilərik.

- Avropa Liqasının finalı ərəfəsində "Arsenal"ın erməni futbolçusu Henrik Mxitaryan Bakıya getməkdən imtina etdi. Bu vəziyyəti öncədən nəzərdən keçirə bilərdinizmi? Bu amil futbolda mənfi iz buraxmadı?

- Heç kim həlledici görüşdə məhz "Arsenal"ın iştirak edəcəyini təxmin edə bilməzdi. Amma Azərbaycan bizə bütün təhlükəsizlik zəmanətləri verdi. Bu səbəbdən orda final matçı keçirməmək üçün heç bir səbəb yox idi. Qərar futbolçunun özünə aid idi və buna hörmət edirik. UEFA siyasi məsələlərdə neytral mövqe tutur. Buna görə də, təşkilati baxımdan Mxitaryan bu oyunda iştirak edə bilərdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right