“Partizani”nin məşqçisi hamını stadiondan çıxardı “Qarabağ”ın “casusları”...

Futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində iyulun 10-da Trinada “Qarabağ”la qarşılaşacaq Albaniya çempionu “Partizani”nin dünənki məşqində maraqlı hadisə baş verib.

Newsport.az Albaniya mətbuatına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Franko Lerda hazırlığın son bölümündə “Kamza” stadionunda olan azarkeşlər və KİV nümayəndələrinin hamısının bayıra çıxarılmasını tələb edib. Yerli mətbuat iddia edir ki, italiyalı mütəxəssis "Qarabağ" nümayəndələrinin stadionda ola biləcəyindən və "Partizani" ilə bağlı məlumat toplayacağından ehtiyatlandığı üçün bu addımı atıb.

Qeyd edək ki, "Partizani" - "Qarabağ" oyunu iyulun 10-da "Selman Stermasi" stadionunda keçiriləcək və Bakı vaxtı ilə 19:30-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra "Dalğa Arena"da olacaq. Həmin görüş isə yerli vaxtla 21:00-da start götürəcək.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right