“Neftçi” ilə oyunları səbirsizliklə gözləyirəm” kamerunlu futbolçu

“Bu, karyeramın ən vacib oyunu olacaq”.

Newsport.az xəbər verir ki, bu sözləri  Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Sperantsa”nın müdafiəçisi Ambassa Fabris Moldova mətbuatına açıqlamasında deyib. Kamerunlu futbolçu iyulun 11-də Kişinyovda “ağ-qaralar”la keçirəcəkləri matçı böyük maraqla gözlədiyini deyib:

“İndiyə qədər heç vaxt avrokuboklarda oynamamışam. “Neftçi” ilə matçları səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, iyulun 11-də “Zimbru” stadionunda keçiriləcək “Sperantsa” - “Neftçi” oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq. Komandalar arasında cavab matçı isə 1 həftə sonra “Bakcell Arena”da olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right