"İlk 15 dəqiqədə "yatmışdıq" "Qəbələ"nin rəqibi

"İlk oyunu artan məsuliyyəti olan bir təlim kimi dəyərləndirmək olar". Newsport.az xəbər verir ki, bunu "Mariupol"un baş məşqçisi Aleksandr Babiç deyib.

Ukraynalı mütəxəssis komandasının "Qəbələ" ilə Türkiyədə keçirdiyi yoxlama görüşünü dəyərləndirib. 40 yaşlı çalışdırıcı klubun rəsmi saytına açıqlamasında komandasının səhvlərini qabardıb.

Babiç "Qəbələ"nin ünvanına da tərif yağdırıb: "Rəqib yüksək səviyyəli komanda idi. Bizim kimi, "Qəbələ" də Avropa Liqasının təsnifat mərhələsinə hazırlaşır. İlk 15 dəqiqədə uşaqlar "yatmışdı" və uşaq səhvindən sonra iki top buraxdıq. Buraxılan ikinci qoldan sonra oyunu əldən verdik. Ümumilikdə ilk dəqiqələr istisna olmaqla, komandamın oyun keyfiyyətindən razıyam. Topa yiyələnmişdik və müdafiədə etibarlı idik. Səhvsiz futbol olmur. Həmin səhvləri təhlil edəcəyik. Toplanış da bunları görmək üçündü. Bu oyun faydalı oldu. Belə matçların daha çox olmasını istərdik".

Qeyd edək ki, "Qəbələ" - "Mariupol" görüşü Azərbaycan klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right