"Bu dəyişikliklərlə komandanın ən yaxşı durumda olmasını gözləmirəm" "Partizani"nin baş məşqçisi

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində rəqibi olan "Partizani" klubunun mətbuat və azarkeşlər üçün açıq məşqi baş tutub.

 

Newsport.az "Top Channel" kanalına istinadən xəbər verir ki, Tirana klubunun baş məşqçisi Franko Lerda komandadakı vəziyyətdən məmnun olmadığını deyib:

 

"Oyunçu siyahısı ümumidir, klub güclü tərəflərini və komanda prioritetlərini yaxşı bilir. Futbolçularımızı şəxsən tanımıram, amma videolara baxmışam. Son dəyişikliklərdən sonra hazırlıq prosesində iştirak edən futbolçularla gənc oyunçular arasında balanssızlıq olacaq. İndi fiziki durumla yanaşı, komandanı taktiki və texniki cəhətdən hazırlamalıyıq. Vaxtımız yoxdur, amma mümkün olan ən yaxşı şəkildə yararlanmağa çalışacağıq. Təxminən, 20 gündür ki, mən buradayam. Belə dəyişikliklərlə hansısa komandanın ən yaxşı durumda olmasını gözləmirəm".

 

51 yaşlı mütəxəssis "Qarabağ"la oyunlar barədə də fikirlərini bölüşüb:

 

"Məqsədimiz mərhələni keçmədkir. "Qarabağ" güclü komandadır və avrokubokların qrup mərhələlərində oynamağa alışıb. Lakin biz belə hesablaşa bilmərik. Bu gün futbolun necə olduğunu hamımız bilirik, hər şey baş verə bilər. Gözəl oynayacağımızı və yaxşı oyundan müsbət nəticə qazana biləcəyimizin mümkün olacağını deyə bilərəm. "Partizani"nin gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazanması çətindir. Bu komanda uzun illər sonra çempion oldu. Ancaq bu tempdə qalmaq çətindir və bunu başa düşürük. Bu mövsüm fərqli "Partizani" olacağına ümid edirik. Dəqiq olan bir şey var ki, məşqçilərin hər birinin fərqli xarakteri var".

 

"Partizani" - "Qarabağ" oyunu iyulun 10-u, Bakı vaxtı ilə 19:30-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right