Azərbaycanlı futbolçu Rusiya klubunda

Rusiyannı “Ufa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, Başqırdıstanın Premyer Liqadakı təmsilçisi Moskva “Spartak”ının yetirməsi olan 19 yaşlı azərbaycanlı futbolçu Turqay Möhbalıyevi transfer edib. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma müqavilənin müddəti və digər detalları açıqlanmır.

Əslən Naxçıvan şəhərindən olan, Azərbaycanda dünyaya gələn Möhbalıiyev Rusiya vətəndaşlığına malikdi. O, bu ölkənin 19 yaşlılardan ibarət komandasının da əsas üzvüdü. Turqayın hər iki valideynı azərbaycanlıdı.

Son altı ili “Spartak”da keçirən Turqay geridə qalan mövsümdə Moskva klubunun gənclərdən ibarət komandasında 28 oyuna çıxıb, 2 qola imza atıb. O, Rusiya U-19 yığmasının heyətində 4 oyun keçirib.

Xatırladaq ki, “Ufa”nın əsas komandasında digər azərbaycanlı futbolçu Azər Əliyev də forma geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right